AZ

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yenilədi

Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vuran və UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan “Araz-Naxçıvan” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.

Klubdan "Unikal"a verilən məlumata görə, Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

Seçilən
158
17
unikal.az

6Mənbələr