AZ

Almaniya Ukraynaya “Taurus” raketləri tədarük etməyəcək

Almaniyanın hazırda Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri tədarük etmək planı yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.

“Bu məsələ hazırda gündəmdə deyil”, - o, deyib.

Kanslerin sözlərinə görə, orduya sistemləri idarə etmək vərdişləri öyrətmək zərurəti ilə əlaqədar çatdırılma xeyli vaxt aparacaq.

Bununla belə, Kiyev Fransa və Böyük Britaniyadan qanadlı raketlər alacaq.

Seçilən
32
27
operativmm.az

10Mənbələr