"...Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar". (Maidə surəsi, 32-ci ayə) İslam dini insanlara başqalarına qarşı ədalətli olmağı və mərhəmətli davranmağı əmr edir. Hətta bununla bağlı İslamın müqəddəs kitabı Qurani-Kərimdə yetəri qədər ayələr, hədis kitablarında isə islam peyğəmbərindən nəql olunan hədislər var. Bir çox din adamları, ilahiyyatçılar İslam dininin qadağan etdiyi və ya icazə verdiyi müəyyən məsələlərlə bağlı Allahın kitabından və peyğəmbərinin hədislərindən əsaslar gətirərək, bunu ictimaiyyətə anladırlar. Bəzən uydurma, əsassız və mifologiyaya dayanan müxtəlif rəvayətlərin, hadisələrin əsası İslam mənbələrində yer almasa belə, insanların əksəriyyəti buna da inanırlar və elə zənn edirlər ki, həqiqətən də İslam dini belə əmr edir. Hətta bu problemlə bağlı İslam xəlifələrinin ikincisi olan Ömər ibn Xəttabın belə dediyi nəql olunur: "Dininizi doğru öyrənin, yoxsa öyrəndiyinizi din zənn edərsiniz". Son günlər ölkə gündəmində yer alan və bir tərəfi İslamla şərh olunan məsələlərdən biri də insan orqanlarının transplantasiyasıdır ki, bir qrup ilahiyyatçı bu fəaliyyətin İslam dininin qaydalarına zidd olduğunu və bunun böyük günah sayıldığını qeyd edir. İnsanlar öz sağlam orqanını başqa birinə verməklə onun həyatını xilas edirsə, bunu İslam niyə və hansı əsasla qadağan edir? Axı, bu elə məhz İslamın əmr etdiyi şeydir - bir insanın xilası üçün çalışmaqdır. Elədirsə, bu "qadağa" haradan gəlir? Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına şərh verən ilahiyyatçı Elşad Miri qeyd edib ki, bu haqda danışan insanlar İslam mənbələrinə əsaslanmalıdırlar. Elşad Miri "Bu barədə danışan ilahiyyatçı Qurani-Kərimdən ayə göstərməlidir, dəlil gətirməlidir. İlahiyyatçıdır deyə "hər kəs" durub İslamın adından danışa bilərmi? Bu, nə dərəcədə doğrudur? Qurani-Kərimdə belə bir şey varmı? Təbii ki, xeyr. Bəs onda bu "günah" nəyə əsaslanır? Bu düşüncə, sadəcə sələfilikdə olan bir düşüncə tərzidir. İslam dini "bir insanı xilas edən, bütün bəşəriyyəti xilas etmiş kimidir" fəlsəfəsini özündə ehtiva edir. Bir insan başqalarını xilas edəcək addımlar atırsa, bu, alqışlanmalıdır. Çünki təqdirəlayiq addımdır. Belə davranışları daha çox təbliğ edib, insanları belə humanist əmələ həvəsləndirmək lazımdır" - deyə, ilahiyyatçı bildirib. Mətin Şükürlü, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta