AZ

Birinə hücum olarsa, digəri hərbi yardım göstərəcək: Rusiya və KDRX arasında sazişin TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) iki ölkə arasında əlaqələri möhkəmləndirən əlamətdar addım olaraq, hərtərəfli strateji tərəfdaşlıq haqqında müddətsiz müqavilə imzalayıblar. Sənədə əsasən, tərəflərdən birinə qarşı silahlı təcavüz təhlükəsi olduğu təqdirdə, yardım göstərilməsi üçün mümkün tədbirlərin razılaşdırılması məqsədilə məsləhətləşmələr aparılacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə mk.ru xəbər yayıb.
Həmçinin bildirilib ki, dövlətlərdən birinə silahlı hücum olarsa, digəri dərhal hərbi və başqa yardım göstərəcək.
Tərəflər, həmçinin üçüncü tərəf hücum tətbiq etdiyi təqdirdə, bir-birinə qarşı birtərəfli məcburi tədbirləri dəstəkləməməyə razılaşıblar.
Bundan əlavə, Moskva və Pxenyan ərzaq və enerji təhlükəsizliyi sahəsində artan çağırışlara birgə müqavimət göstərməyi planlaşdırır.
Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq müqaviləsinin müddətsiz olduğu məlumdur.
Seçilən
274
50
oxu.az

10Mənbələr